KİV: “Crocus”da terror aktı törədənlərdən ikisi Moskvadan Türkiyəyə gəlib, sonra geri dönüblər

KİV: “Crocus”da terror aktı törədənlərdən ikisi Moskvadan Türkiyəyə gəlib, sonra geri dönüblər
# 26 mart 2024 11:30 (UTC +04:00)

“Crocus”da terror aktını törədənlərdən ikisi Moskvadan Türkiyəyə gəlib, daha sonra isə Moskvaya geri dönüblər. Onların Türkiyədə hər hansı bir ünvanda qeydiyyatı olmayıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, sözügedən iki şəxslə bağlı Moskvadan Ankaraya heç bir xəbərdarlıq gəlməyib.

Ankara Türkiyəyə gəlib Moskvaya qayıdan bu iki şəxslə bağlı hər bir məsələni diqqətlə araşdırıb və prosesin gedişatına dair rəsmi Moskvaya da məlumat ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR