KİV: Ermənistan parlamentinin spikerinin əməliyyat zamanı vəziyyəti pisləşib

Alen Simonyan

© APA | Alen Simonyan

# 29 avqust 2023 17:16 (UTC +04:00)

Ermənistan parlamentinin spikeri Alen Simonyanın əməliyyat zamanı vəziyyəti pisləşib.

APA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Simonyan bu gün əməliyyat olunub. Əməliyyat zamanı ciddi fəsadlar yaranıb və həkimlər xəstənin vəziyyətini stabilləşdirmək üçün xeyli səy göstəriblər. Hazırda onun səhhəti qənaətbəxşdir və həkimlərin nəzarəti altındadır.

Xatırladaq ki, Alen Simonyan bir müddət öncə yıxılaraq dirsəyini zədələdiyi üçün əməliyyat olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR