Bank Of Baku

KİV: Moskva vilayətində avtomobil partladılıb, general-leytenant ölüb - VİDEO - YENİLƏNİB

KİV: Moskva vilayətində avtomobil partladılıb, general-leytenant ölüb - VİDEO  - YENİLƏNİB
# 09 iyun 2026 13:55 (UTC +04:00)

Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

VÇK-OQPU və "Rucriminal.info" saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.

Bomba BMW-yə yerləşdirilib və avtomobil hərəkətdə olarkən partlayıb.

***

10:32

Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.

Şahidlərin sözlərinə görə, sürücü BMW X3-ün mühərrikini işə salanda avtomobil partlayıb.

Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR