KİV: Paşinyan Ermənistanda Rusiyanı nüfuzdan salmağı əmr edib

KİV: Paşinyan Ermənistanda Rusiyanı nüfuzdan salmağı əmr edib
# 25 oktyabr 2023 12:47 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Rusiyanı nüfuzdan salmağı əmr edib.

APA xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.

Nəşrin sözlərinə görə, bir aylıq fasilədən sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri Paşinyanın rəhbərliyi ilə kollegiya iclası keçirib. İclas zamanı Paşinyan və partiya üzvlərinin əsas müzakirə etdiyi məsələ hakimiyyətin qorunub saxlanması olub.

Ermənistan hökumətinin rəhbəri iclasda partiya yoldaşlarına deyib ki, ruslar onun əlindən hakimiyyəti almaq istəyir, bu səbəbdən hakimiyyəti saxlamaq üçün sərt və dəqiq addımlar atılmalıdır.

Paşinyan Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb.

Nəşr onu da əlavə edib ki, Paşinyan, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün resurslardan istifadə etməyi və anti-Rusiya tezislərinin istənilən platformada təbliğini əmr edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR