Kiyev məhkəməsi Mixeil Saakaşvilinin seçkilərdə iştirak icazəsini ləğv edib

Kiyev məhkəməsi Mixeil Saakaşvilinin seçkilərdə iştirak icazəsini ləğv edib
# 26 iyun 2019 09:52 (UTC +04:00)

Kiyev məhkəməsi Odessa vilayətinin sabiq Qubernatoru Mixeil Saakaşvilinin "Yeni Qüvvələr Hərəkatı" partiyasına Ukrayna Mərkəzi Seçki komissiyasının verdiyi Rada seçkilərində iştirak icazəsini ləğv edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Ukrayna Baş prokurorunun müavini Larsa Sagan bu barədə özünün “Twitter” hesabında məlumat verib. Bildirib ki, 6-cı Kiyev Apellyasiya Məhkəməsi Ukrayna Mərkəzi Seçki Komissiyasından partiyanın və namizədlərin qeydiyyatı ilə bağlı sənədlərin yenidən yoxlanmasını istəyib.

MSK namizədlərin siyahısında səhvlərin olduğunu müəyyənləşdirib və M. Saakaşvilinin partiyasından olan namizədlərin qeydiyyatını qəbul etməyib.

Qərardan sonra M. Saakaşvili və digər partiya üzvləri MSK-ya gedərək seçkilərdə iştirak haqqında yeni bəyanat yayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR