Kreml: Putin Ukraynadakı vəziyyətlə bağlı təmaslara açıqdır

Kreml: Putin Ukraynadakı vəziyyətlə bağlı təmaslara açıqdır
# 20 iyun 2023 14:53 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı təmaslara açıqdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Afrika nümayəndə heyəti ilə məhsuldar dialoq aparıb və bu dialoq davam edəcək.

"Görürsüz ki, Prezident Putin dialoqa, təmaslara açıqdır, şənbə günü Afrika nümayəndə heyəti ilə çox məhsuldar dialoq baş tutdu və bu dialoq davam edəcək, məsələnin digər tərəfi də bu cür danışıqların potensial təsiridir. Kiyevin hazırkı mövqeyi danışıqlar üçün sabit zəmin yaratmır", deyə Peskov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR