Kreml: Türkiyənin Krımla bağlı mövqeyi Ankara ilə əməkdaşlığımıza mane olmur

Kreml: Türkiyənin Krımla bağlı mövqeyi Ankara ilə əməkdaşlığımıza mane olmur
# 31 avqust 2022 13:31 (UTC +04:00)

Türkiyənin Krımla bağlı mövqeyi Ankara ilə əməkdaşlığımıza mane olmur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, bizə sərf olunan yerdə Türkiyə ilə əməkdaşlığımıza mane olmur. Biz Ankaranın mürəkkəb vəziyyətlərin həllində səylərini qiymətləndiririk. Ankara əvvəldən bu barədə bizimlə fikir ayrılığından danışıb. Amma Krım Rusiya Federasiyasının bir hissəsidir, ona görə də Ərdoğanın danışdıqları mümkün deyil. Buna baxmayaraq, bu, sərfəli olduğu yerdə Türkiyə Respublikası ilə əməkdaşlığımıza mane olmur. Biz Türkiyə Respublikasının taxılla bağlı olduğu kimi çətin vəziyyətləri aradan qaldırmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Ona görə də lazım olan yerdə əlaqə saxlayırıq və əlaqə saxlamağa davam edəcəyik və əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı potensialımız var””, deyə Rusiya Prezidentinin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR