Bakının “İnter” klubunun prezidenti istefa verib

Bakının “İnter” klubunun prezidenti istefa verib
# 27 oktyabr 2016 16:08 (UTC +04:00)

Bakı “İnter”inin rəhbərliyində kadr dəyişikliyi baş verib. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, "bankirlər"in prezidenti Rəşad Qasımov vəzifəsindən ayrılıb. Məlumatda Qasımovun öz xahişi ilə postundan azad edildiyi bildirilib.

Rəhbərliyin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

Qeyd edək ki, Rəşad Qasımov 2015-ci il dekabrın 23-də bolqarıstanlı Georgi Nikolovu əvəzləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR