Bakı-APA. Yanvarın 23-də Ukraynada BMT-nin Donbas üzrə qiymətləndirici missiyası öz işinə başlayır.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, BMT nümayəndələri iki həftə ərzində ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, təhlükəsizlik məsələləri ilə əlaqədar Donbasa baş çəkəcəklər.
BMT missiyası həmçinin ərazilərin minalardan təmizlənməsi ilə bağlı aparılan işləri qiymətləndirəcək.
Missiyanın tərkibinə BMT İnkişaf proqramı, Uşaq Fondu və BMT-nin minalardan təmizlənmə xidmətinin əməkdaşları daxildir.