Ceyms Uorlik həmsədrlikdən gedir

Ceyms Uorlik həmsədrlikdən gedir
# 21 noyabr 2016 12:10 (UTC +04:00)

Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir.

 

APA-nın məlumatına görə, bu barədə diplomat özünün "Twitter" hesabında  yazıb.

 

O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib.

 

"Mənim üçün 30 il Dövlət Departamentində xidmət etmək böyük şərəfdir", - deyə C. Urolik qeyd edib.

 

O, həmçinin bildirib ki, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" şirkətinin tərəfdaşı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR