"Bank of Baku" filial şəbəkəsinin optimallaşdırılmasına start verib

"Bank of Baku" filial şəbəkəsinin optimallaşdırılmasına start verib
# 30 sentyabr 2015 08:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank of Baku" ASC-nin səhmdarlarının qəbul etdiyi 3 illik "yeni persperktivlər" planı çərçivəsində bank dayanıqlı gəlirlilik və effektivliyi təmin etmək məqsədilə filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır.

Bankdan "APA-Economics"ə verilən məlumatlara görə, optimizasiya prosesinə görə, müxtəlif meyarlara görə seçilmiş 3 filialın yaxınlıqda olan daha böyük filiallarla birləşdirmə qərarı verilib. Bu proses çərçivəsində həmin filialların müştəriləri qeyd olunmuş yaxın filiallarda xidmət olunacaq, filialların əməkdaşları isə fəaliyyətlərini bankın digər filiallarında davam edəcəklər. Opitmallaşdırma prosesində iştirak edən 3 filialın əsas önə çıxan birləşdirilmə meyarları aşağıdakılardır:

• Kiçik həcminə görə işçilərin sayı az olan və bu səbəbdən müştərilərə xidmət operativ aparılmadığına görə tez-tez müştərilərin narazılığına və çoxsaylı şikayətlərə səbəb olan R. Behbudov küc. 17 ünvanında yerləşən “28 may” filialı yaxınlıqda olan Puşkin küc. 12/14 ünvanında yerləşən “S.Vurğun” filialı ilə birləşdirilir.

• Avtokreditlərin verilməsinə fokuslanan Babək pr., 2269-cu məhəllə ünvanında yerləşən “Babək” filialı bu kreditlərə azalan tələbatı nəzərə alınaraq yaxınlıqda olan Q.Qarayev pr. 59 ünvanında yerləşən “Neftçilər” filialı ilə birləşdirilir.

• Pilot layihə olaraq yeni açılmış, yerləşmə yerinə görə müştəri axını az olan Yeni Günəşli qəs., “D” Y/M, günəşli küç. ünvanında yerləşən “Yeni Günəşli” filialı isə yaxınlıqda olan Bakıxanov qəs., Gənclər 4081-ci məhəllə. ünvanında yerləşən “Bakıxanov” filialı ilə birləşdirilir.

Üstəlik, təsdiq olunmuş 3 illik plana görə, növbəti bir il ərzində daha bir filialın bu proses çərçivəsində birləşdirilməsi və müştəri xidmətlərində alternativ və texnoloji kanalların istifadəsinin genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3 illik plan çərçivəsində filial şəbəkəsinin optimallaşdırılması ilə yanaşı, biznes proseslərə yenidən baxılması və sadələşdirilməsi, alternativ və texnoloji satış kanallarının müştəri xidmətlərində daha geniş istifadəsi, risk menecment alətlərinin təkmilləşdirilməsi, yeni və innovativ qeyri-kredit məhsullarının yaradılması, kredit portfellərinin diversifikasiyası və real sektorun inkişafı üçün layihələr, məhsul əsaslı xidmətdən müştəri əsaslı xidmətə keçiş və digər mövzular ətrafında müxtəlif layihələr işlənəcək. Əsas hədəf daha çevik, daha innovativ, daha texnoloji və daha sağlam bank olmaqdır.

Hazırda "Bank of Baku"nun məcmu kapitalı 107 mln. manat, (Mərkəzi Bankın məcmu kapitala olan tələbi 50 mln. manat), kapitalın adekvatlıq əmsalı 17%-ə yaxındır (Mərkəzi Bankın tələbi 12%-dir), likvid aktivlərin ümumi aktivlərə nisbəti isə 20%-ə yaxındır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR