Ukrayna telekanalları "Azərspace-1" peykinin xidmətlərindən imtina edir

Ukrayna telekanalları "Azərspace-1" peykinin xidmətlərindən imtina edir
# 05 yanvar 2016 08:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ukraynanın dövlət telekanalı "Kultura" "Azerspace-1" üzərindən yayımını dayandırıb.

"APA-Economics" xəbər verir ki, telekanal yayımına "Amos-3" peyki üzərindən davam edəcək.

Bundan başqa, "Mərkəzi kanal", "Lviv TV", "Boutique TV" və daha bir neçə Ukrayna telekanalı "Azerspace-1" peyki üzərindən yayımını dayandırıb. Qeyd olunan kanallar da yayımını “Amos-3” üzərindən həyata keçirəcəklər.

Hal-hazırda “Azerspace-1” üzərindən yayımını davam etdirən yeganə kanalı UATV-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR