Robert Prosineçki və Fatih Terim UEFA-nın simvolik heyətində yer alıb

Robert Prosineçki və Fatih Terim UEFA-nın simvolik heyətində yer alıb
# 06 oktyabr 2016 15:37 (UTC +04:00)

Bakı – APA. UEFA DÇ-2018-in seçmə mərhələsində iştirak edən komandaların baş məşqçilərindən ibarət “11-lik” müəyyənləşdirib. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, dəyərləndirmə milli komandaları çalışdıran mütəxəssislərin futbolçu karyeralarına əsasən aparılıb.

Yığmalara rəhbərlik edən ən yaxşı sabiq futbolçulardan ibarət simvolik yığmada Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki də yer alıb. “Real” və “Barselona” kimi dünya nəhənglərinin formasını geyinmiş Prosineçki Fransa yığmasının çalışdırıcısı Didye Deşamla birlikdə ən güclü orta sahə oyunçusu hesab edilir.

Diqqət çəkən məqamlardan biri də bu gün seçmə mərhələ matçında üz-üzə gələcək Türkiyə və Ukrayna yığmalarının baş məşqçilərinin siyahıya düşmələridi. “Ay-ulduzlular”ın çalışdırıcısı Fatih Terim ən yaxşı müdafiəçilər, Ukraynanın əfsanəvi futbolçusu Andrey Şevçenko isə hücumçular arasında göstərilib.

“11-liy”ə düşənlərdən yalnız 3-ü hazırda öz ölkəsinin millisini yox, başqa yığmanı çalışdırır. Bunlar xorvatiyalı Prosineçki ilə yanaşı, Farer adalarına rəhbərlik edən danimarkalı Lars Olsen və İrlandiya millisini çalışdıran şimali irlandiyalı Martin Onildi.

UEFA-nın müəyyənləşdirdiyi rəmzi “11-lik” belədi:

Qapıçı: Julen Lopetequi (İspaniya)

Müdafiəçilər: Denni Blind (Hollandiya), Qaret Sautqeyt (İngiltərə), Fatih Terim (Türkiyə), Lars Olsen (Danimarka)

Yarımmüdafiəçilər: Qordon Straxan (Şotlandiya), Didye Deşam (Fransa), Robert Prosineçki (Xorvatiya), Martin Onil (Şimali İrlandiya)

Hücumçular: Andrey Şevçenko (Ukrayna), Marians Paxars (Latviya)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR