Qaçaqmalçılıq və digər cinayətdə təqsirləndirilən şəxsə hökm oxunub

 Qaçaqmalçılıq və digər cinayətdə təqsirləndirilən şəxsə hökm oxunub
# 18 oktyabr 2016 13:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq və digər cinayətlərdə təqsirləndirilən Şirzad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə görə, Şirzad Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şirzad Abbasov Rusiya Federasiyasının Moskva şəhərində istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olaraq güclü təsirə malik külli miqdarda “Tropikamid” dərman preparatını idarə etdiyi mikroavtobusun arxa təkərlərinin içərisindəki boşluqda yerləşdirərək daşıyıb. Ş.Abbasova qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Şirzad Abbasov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR