Ankarada terror aktı baş verib, 28 nəfər ölüb, 61 nəfər yaralanıb - YENİLƏNİB

Ankarada terror aktı baş verib, 28 nəfər ölüb, 61 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 17 fevral 2016 20:40 (UTC +04:00)

Bakı-APA. Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

APA-nın xəbərinə görə, Türkiyə hökümətinin sözçüsü Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 61 nəfər də yaralanıb.

***

23:03

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında bildirib ki, hadisə yerində 20-21, xəstəxanada isə 3 nəfərin həyatını itirməsi barədə xəbər var. Onun sözlərinə görə, 61 nəfər isə yaralıdır.

***

22:32

Bakı-APA. Ankarada baş vermiş terror hadisəsində 18 nəfər ölüb. 45 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə Ankara Valiliyinin son açıqlamasında bildirilib.

Məlumata görə, Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına bombalı hücum edilib.

***

21:37

Ankarada baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb..

APA-nın FOX TV-yə istinadən verdiyi məlumata görə, hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir

.

Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa xəbər verilməsi və görüntü yayılması, olay anının, yerinin və sonrakı görüntülərin, həmçinin cənazələrin görüntülənməsi ilə bağlı yayım qadağası tətbiq edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

***

21:22

Bakı-APA. Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi nəqliyyat vasitələri keçərkən partlayış törədilib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

İlkin versiyaya görə, küçədə saxlanılan avtomobildə partlayıcı qurğu işə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR