Lavrov: “Nümayəndə heyətimizin üzvlərinə viza verməməsinə görə ABŞ-ı sürpriz gözləyir”

Lavrov: “Nümayəndə heyətimizin üzvlərinə viza verməməsinə görə ABŞ-ı sürpriz gözləyir”
# 26 sentyabr 2019 14:02 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın BMT-də iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, S. Lavrov bildirib ki, Moskva ABŞ-ın bu addımına cavab verəcək.

“Cavab olacaq. Tədbirlər hazırlayırıq. Bizi sürpriz etmək imkanından məhrum etməyin”, - deyə S. Lavrov vurğulayıb.

Qeyd edək ki, ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin 10 üzvünə viza verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR