ATƏT NATO üzvlərinin səyləri ilə marginal struktura çevrilir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” adlı yüksək səviyyəli beynəlxalq konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, geosiyasi güc balansı dəyişməkdə davam edir, amma bu Qərbin xeyrinə dəyişmir.