"Qazprombank" Azərbaycan biznesinə dəstək verməkdə maraqlıdır

"Qazprombank" Azərbaycan biznesinə dəstək verməkdə maraqlıdır
# 13 aprel 2017 08:13 (UTC +04:00)

"Qazprombank" Azərbaycan şirkətləri üçün mütərəqqi texnologiyalar təqdim edə bilər. Bank son iki il ərzində Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirib". "APA-Economics" xəbər verir ki, bunu "Qazprombank"a daxil olan sənaye müəssisələrinin biznes missiyasının keçirdiyi konfransda bankın birinci vitse-prezidenti Aleksandr Kaznaçeyev deyib.

 

Onun sözlərinə görə, "Qazprombank" Rusiya-Azərbaycan İşgüzar Şurasına üzv olub: "Bununla da biz Azərbaycanla həm ticarət dövriyyəsi, həm də bu ölkəyə investisiya yatırılması məsələləri ilə bağlı müzakirələr aparmağa imkan qazandıq. Gələcəkdə biz bir-birimizin biznesinə dəstək verəcəyik".

A. Kaznaçeyev bildirib ki, "Qazprombank"ın Azərbaycan şirkətləri üçün təqdim edəcəyi mütərəqqi texnologiyalar ölkəmizdə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR