ABŞ-da məktəbdə silahlı insident nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

ABŞ-da məktəbdə silahlı insident nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 11 aprel 2017 02:03 (UTC +04:00)

ABŞ-ın San-Bernardo şəhərində (Kaliforniya ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən xəbərinə görə, bu barədə Bernardo şəhərinin polis rəisi Cerrod Burquan məlumat verib.

 

Hadisənin təfərrüatlarını açıqlayan polis rəsmisi bildirib ki, atəşi 53 yaşlı Sedrik Anderson açıb:  “Anderson məktəbdə müəllimə işləyən həyat yoldaşı Eleyn Smiti güllələyib, sonra isə intihar edib. İnsident nəticəsində müəllimənin yanında olan iki şagird yaralanıb. Onlardan biri, 8 yaşlı Conatan Martines xəstəxanada keçinib. Cinayətkarın motivləri müəyyənləşdirilir”.

 

 

***

 

23:16

 

ABŞ-ın San-Bernardo şəhərində (Kaliforniya ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib.

 

İlkin məlumata əsasən, atəş açan şəxs zərərsizləşdirilib. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat yoxdur. Bundan əvvəl Bernardo şəhərinin polis rəisi Cerrod Burquan özünün “Tvitter” səhifəsində hadisənin qətlə cəhd və yaxud intihar olduğunu ehtimal edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR