Türkiyə ilə dialoq üçün təyin olunmuş Ermənistanın xüsusi nümayəndəsi, vitse-spiker Ruben Rubinyan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan xarici işlər nazirinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.
Qeyd edək ki, bu gün Moskvada Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında ilk görüş keçirilib.