Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısı təsdiqlənib

Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısı təsdiqlənib
# 18 oktyabr 2016 23:12 (UTC +04:00)

Bakı Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, siyahıda 15 növ əmtəə yer alıb.

Bura sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr, istehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr, həkim resepti əsasında buraxılan dərman vasitələri, dopinq vasitələri, istifadəsinə (tətbiqinə) Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları, hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər, süni mayalanma üzrə tibbi xidmətlər, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar, satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar, Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri, qumar oyunları, pornoqrafiya, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanun ilə müəyyən edilmiş əmtəələr və “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunu ilə müəyyən edilmiş əmtəələr daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR