Rusiya ATƏT-dən çıxmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib.
Onun sözlərinə görə, Dumanın bəyanatında Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında iştirakının dayandırılmasından danışılır.
Qeyd edək ki, bu gün Dumanın plenar iclasında Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin iştirakının dayandırılması ilə bağlı müraciətə baxılacaq.
Slutski deyib ki, Rusiya ATƏT-dən çıxmır, Dövlət Dumasının bəyanatı yalnız təşkilatın parlament assambleyasına aiddir.