Bakı - APA. Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti Tel-Əvivə yola düşüb.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak edəcək.
Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.