Bakı Fond Birjasının dövriyyəsi 3 dəfədən çox azalıb

Bakı Fond Birjasının dövriyyəsi 3 dəfədən çox azalıb
# 10 avqust 2016 16:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3,16 dəfə azalaraq 2 mlrd. 239 mln. 36 min 756,49 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 15,91 dəfə artaraq 296 mln. 656 min 862,72 manat təşkil edib.

Bundan fərqli olaraq, pay və borc alətləri bazarında ciddi azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 5,52 dəfə azalaraq 26,320 mln. manata, borc alətləri bazarı 32,94 dəfə azalaraq 41 mln. 260 min 079,18 manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olmayıb. Ötən ilin 7 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 3 mlrd. 569 mln. 081 min 810 manat və ya 2,9 dəfə azalaraq 1 mlrd. 874 mln. 799 min 551 manata enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR