Medvedyev: Ukrayna ilə danışıqlar mümkündür

Medvedyev: Ukrayna ilə danışıqlar mümkündür
# 28 dekabr 2023 13:04 (UTC +04:00)

Ukrayna ilə danışıqlar mümkündür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "RİA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna hakimiyyətindən fərqli olaraq heç vaxt danışıqları rədd etməyib.

Medvedyev qeyd edib ki, danışıqlar vaxtla məhdudlaşmır, onlar “NATO-nun Bandera qoşunları” məğlubiyyətə və təslim olana qədər davam edə bilər.

Eyni zamanda, Medvedyev Odessa, Dnepropetrovsk, Xarkov, Nikolayev və Kiyevi rus şəhərləri adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR