Dövlət Komitəsi: Ötən il doğulan uşaqlar arasında oğlanlarla qızlar arasındakı fərq böyükdür

Dövlət Komitəsi: Ötən il doğulan uşaqlar arasında oğlanlarla qızlar arasındakı fərq böyükdür
# 03 iyun 2015 10:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2015-ci ilin I rübü ərzində Azərbaycanda 38 min 358 uşaq doğulub. Onlardan 20 min 378-i oğlan, 17 min 980-i qızdır. Ötən ilin rəqəmləri ilə müqayisədə bu normal göstəricidir. Ancaq yenə də qızlarla oğlanlar arasında fərq böyükdür”.

 

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

 

E. Səfərov bildirib ki, 2012-ci ildən bu yana il ərzində doğulan uşaqların sayında azalma müşahidə olunur: “2014-cü ildə 170 min 503 uşaq dünyaya gəlib. Qeyd edim ki, 2012-ci ildən bu yana respublikada doğulan uşaqların sayında azalma müşahidə olunur. Digər tərəfdən isə, ötən il doğulan uşaqların arasında oğlanlarla qızlar arasındakı fərq böyükdür. 170 min 503 uşaqdan 79 min 93-ü qız, 91 min 410-u oğlandır. Bu mənfi göstəricilərdən biridir. Qızlar və oğlanların sayı arasındakı məsafə artmaqdadır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR