Mirzoyan Münxendə Lui Bono ilə görüşüb

Mirzoyan Münxendə Lui Bono ilə görüşüb
# 16 fevral 2024 17:52 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Almaniyanın Münxen şəhərində ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, erməni nazir Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Lui Bono ilə görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib, həmçinin tərəflər regionda baş verən son hadisələrə toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR