Mirzoyan: Zəngəzurda Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir

Mirzoyan: Zəngəzurda Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir
# 25 oktyabr 2023 18:30 (UTC +04:00)

Syunikdə (Zəngəzur) Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Ermənistan XİN rəhbəri bildirib ki, İrəvan və Moskva bu məsələdə fəal əməkdaşlıq edirlər.

O, digər ölkələrin də Zəngəzurda diplomatik nümayəndəlik açdıqlarını qeyd edib: “İran artıq konsulluğunu açıb, Fransa belə bir niyyətini açıqlayıb. Digər maraqlı ölkələr də var”.

Nazir, yekun razılaşma olmadığından həmin ölkələrin adını açıqlamayıb.

Mirzoyanın fikrincə, xarici dövlətlərin bu və ya digər kontekstdə regionda olması onun iqtisadi inkişafına kömək edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR