Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu konsorsiumu yaradır

Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu konsorsiumu yaradır
# 18 fevral 2016 11:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu konsorsiumu yaradır. "APA-Economics" "Georgia Online" xəbər portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanda rəsmi səfərdə olan Qazaxıstanın baş nazirinin müavini Bakitjan Saqintayev bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı hər üç ölkənin müvafiq qurumları razılıq əldə ediblər.

Konsorsium Çin limanlarından Gürcüstanın Batumi limanına, oradan isə Türkiyə və Avropaya yüklərin daşınmasını təmin edəcək.

"Bu, hamı üçün sərfəli tranzit marşrutudur. Bu səbəbdən biz bu konsorsiumun yaradılmasında olduqca maraqlıyıq", - deyə baş nazirin müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR