Biləsuvarda fərdi yaşayış evi yanıb

Biləsuvarda fərdi yaşayış evi yanıb
# 08 yanvar 2016 06:04 (UTC +04:00)

Bakı-APA. Bu gün Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 169 kv.m olan birmərtəbəli, kürsülü 4 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqdakı ümumi sahəsi 72 kv.m olan 3 otaqlı tikilinin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, tikilinin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 06:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR