Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyasının Tatarıstan Respublikasında baş verən yanğında ana və 5 uşağı ölüb.
APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 9-da gecə saatlarında Stariy Kuvak kəndindəki fərdi evdə baş verib.
Yanğının söndürülməsinə 14 texnika, 36 yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra hadisə yerində 5 uşaq və ev sahibəsinin meyiti aşkar edilib.
Tatarıstan polisi hadisənin baş vermə səbəbini araşdırır.