Terminologiya Komissiyasının iclası keçirilib

Terminologiya Komissiyasının iclası keçirilib
# 29 fevral 2016 14:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün AMEA Rəyasət Heyətində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Terminologiya Komissiyasının 2015-ci il üzrə hesabatı dinlənilib.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, ötən il AMEA Rəyasət Heyətində Komissiyanın yeni bölmələrin tərkibi təsdiq edilib, elmin müxtəlif sahələri ilə bağlı 16 bölmə yaradılıb: “Elm, texnika, mədəniyyət üzrə mütəxəssislər bölmələrin işinə cəlb edilib”.

S. Sadıqova əlavə edib ki, 2015-ci ildə çoxlu sayda lüğətlərin nəşri müzakirə olunub: “Müzakirə zamanı bir neçə lüğət tələbələrə cavab vermədiyi üçün nəşr olunmayıb”.

Sədr müavini qeyd edib ki, ötən il 11-ə yaxın terminoloji lüğət çap olunub.

Daha sonra illik hesabat müzakirə edilib və qəbul edilib.

İclasda terminologiya.org saytının təqdimatı olub.

Eyni zamanda, iclasda Hava nəqliyyatında kommersiya terminlərinin izahlı lüğəti, Geokimya terminlərinin izahlı lüğəti, Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti, İzahlı idman terminləri lüğəti, Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti və Yeni sözlər lüğəti Komissiyanın bölmələrində müzakirə edilməsi üçün rəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR