Prokuror külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən dəstə üzvlərinə cəza istəyib

Prokuror külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən dəstə üzvlərinə cəza istəyib
# 02 noyabr 2016 08:10 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin tam sübuta yetirildiyini deyib. O, Həsənağa Babayevin 8 il, Elman Rəhimovun 6 il 6 ay, Tərxan Şirinovun 6 il, Əlirza Kərimovun 4 il, Hüseyn Bayramovun 5 il, Səadət Cəfərovun 3 il 6 ay, Elvin Əsgərovun 5 il, Səbuhi Qazıyevin 5 il, Ramşan Rzayevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 10-da davam etdiriləcək.

İttihama görə, istintaq tədbirləri nəticəsində sübuta yetirilib ki, 07.07.2011-ci il tarixdən "Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 03.03.2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradıb.

Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, 1 270 884 46 manat vergi dövlət büdcəsinə ödənməyib.

İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190 550 manatı ödətdirilib, 363 987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR