"Bakı Oksigen Kompani"nin rəhbərliyi səhmdarlara hesabat verəcək

"Bakı Oksigen Kompani"nin rəhbərliyi səhmdarlara hesabat verəcək
# 04 may 2017 07:07 (UTC +04:00)

İyunun 20-də "Bakı Oksigen Kompani" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

 

"APA-Economics" şirkətin baş direktorunun yaydığı elana istinadən xəbər verir ki, yığıncağın gündəliyinə "Bakı Oksigen Kompani"nin 2016-cı maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi daxildir.


Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat STQ, Babək küçəsi, (Zabrat 1 qəsəbəsi) 55 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR