Moskvada AMOR-un İntellektual Estafeti keçirilib - FOTO

Moskvada AMOR-un İntellektual Estafeti keçirilib - FOTO
# 28 oktyabr 2023 16:44 (UTC +04:00)

Oktyabrın 27-də Moskvanın Millətlər Evində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə keçirilən İntellektual Estafetin final mərhələsi baş tutub.

APA-nın Moskva müxbiri xəbər verir ki, oktyabrın 19-da start götürən və üç mərhələdən ibarət ilk AMOR intellektual estafet yarışında Moskvanın 15 universitetinin 100-dən çox tələbə və məzunu iştirak edib.

Bir neçə gün ərzində “Breyn-rinq”, “Melodiyanı tap” və “Kim? Harda? və Nə vaxt? qaydalarına uyğun Kviz" intellektual oyunlar, keçirilib.

Estafetin hər üç mərhələsinin nəticələrinə əsasən, hər mərhələ üzrə xalları yekunlaşdırmaqla Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MQİMO) Buta komandası estafetin qalibi olub. İkinci və üçüncü yerləri N. E. Bauman.Moskva Dövlət Texiniki Universitetinin "BaumankaAz" və Maliyyə Universitetinin "FinTime" komamdaları tutublar.

Qeyd edək ki, AMOR çərçivəsində ənənəvi olaraq gənclər arasında çox populyar olan, əqli qabiliyyətlərin, komanda işinin və yaradıcı təfəkkürün inkişafına töhfə verən müxtəlif intellektual oyunlar keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR