Moskvada MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilib

Moskvada MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilib
# 04 aprel 2024 13:44 (UTC +04:00)

Moskvada MDB-yə üzv dövlətlərin Baş Qərargah Rəisləri Komitəsinin növbəti görüşü keçirilib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, görüşdə Azərbaycan Ordusunun Baş Qərargah Rəisi, general-polkovnik Kərim Vəliyev də iştirak edib.

İclasda Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov çıxış edib. O, istər sərhədyanı ölkələrdə, istərsə də qlobal səviyyədə mövcud hərbi-siyasi vəziyyət, o cümlədən MDB ölkələrinin hərbi təyinatlı məhsulların istehsalı sahəsində əməkdaşlıq perspektivləri ətrafında müzakirələr keçirlməsi, eləcə də qoşunların döyüş qabiliyyətinin səhra şəraitində yoxlanılması üçün birgə təlimlərin təşkili barədə təkliflərlə çıxış edib.

Fərid Azəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR