Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib - YENİLƏNİB - FOTOSESSİYA
# 25 oktyabr 2019 16:34 (UTC +04:00)

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, iclasda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edib.

“Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.

Görüş iştirakçıları cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyasını və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını qəbul ediblər.

Konsepsiya və plan MDB dövlətlərində iqtisadiyyatların rəqabət qabiliyyətliyinin, ölkələrin iqtisadi inkişafının, əhalinin rifah halının və həyat keyfiyyətinin artırılmasında başlıca rol oynayan rəqəmsal inkişaf üçün lazımi şəraitin yaradılmasına imkan verəcək.

İclasda MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi Strategiyası haqqında qərar da qəbul edib. Strategiya siyasi, iqtisadi, elmi-texniki, sosial, hərbi, ekoloji sahələrdə mövcud təhdidlər şəraitində MDB ölkələrinin informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığının səmərəliliyinin artırılmasına və səylərin birləşdirilməsinə yönəldilib.

Sənəddə informasiya təhlükəsizliyi sahəsində birgə razılaşdırılmış tədbirlərin keçirilməsinə, o cümlədən təhlükəsiz və sabit İnternetin təmin olunması, beynəlxalq informasiya mübadiləsi, informasiya texnologiyalarından terror məqsədi ilə istifadə olunmasının qarşısının alınması və digər sahələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyi əksini tapıb.

İclasda MDB antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, MDB ölkələrinin Oyunları və digər məsələlərlə bağlı saziş və qərarlar imzalanıb.

Ümumilikdə MDB ölkələri hökumət başçılarının iclasında 20-yə yaxın sənəd imzalanıb.

Növbəti iclasın 2020-ci il may ayının 29-da Daşkənd şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

***

saat 12:13

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Azərbaycanın baş naziri Əli Əsədov da iştirak edir.

Moskva vilayətindəki “Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı 20-yə yaxın aktual məsələni müzakirə edəcəklər. İclas iştirakçıları əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşəcəklər. İclasın sonunda sənədlərin imzalama mərasimi keçiriləcək.

Görüşün gündəliyinə cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyası və onun həyata keçirilməsinə dair əsas tədbirlər planı, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi, antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, "quş qrip"inin profilaktikasına dair birgə tədbirlər, MDB ölkələrinin İdman Oyunlarının təsis edilməsi, narkotiklərin qanunsuz dövriyyəsi və bir çox digər məsələlər daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR