Moskvada yeniyetmələrin COVID-ə qarşı peyvəndlənməsinə başlanılıb

Moskvada yeniyetmələrin COVID-ə qarşı peyvəndlənməsinə başlanılıb
# 31 yanvar 2022 12:40 (UTC +04:00)

Moskvada yeniyetmələrin koronavirusa qarşı pulsuz və könüllü peyvəndlənməsinə başlanılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya paytaxtının sosial kompleksinin “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, 12-17 yaşlı hər kəs şəhər uşaq poliklinikalarının bazasında yerləşən 13 peyvənd məntəqəsində COVID-19 əleyhinə “Sputnik M” peyvəndi ilə vaksin oluna bilər.

Qeyd edək ki, "Sputnik M" peyvəndi 21 gün aralığında tətbiq edilməli olan iki komponentdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR