Moskvanın mərkəzində atışma olub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Moskvanın mərkəzində atışma olub, xəsarət alanlar var - VİDEO  - YENİLƏNİB
# 15 fevral 2024 01:04 (UTC +04:00)

Moskvanın mərkəzində baş verən atışmada xəsarət alanlar var.

APA xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisədə üç nəfər xəsarət alıb.

Hazırda hadisə ilə bağlı istintaqa hazırlıq işləri aparırlar.

***

14.02.2024

Saat 23:22

Moskvanın mərkəzindəki Plyuşixa küçəsində atışma baş verib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Plyuşixa küçəsində vətəndaşlar arasında münaqişə baş verib. Bu zaman onlardan biri travmatik tapançadan bir neçə dəfə atəş açıb. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir", - deyə bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR