Narışkin: “Rusiya xarici kəşfiyyatı sovet mirasından imtina edib”

Sergey Narışkin

© APA | Sergey Narışkin

# 15 dekabr 2021 11:15 (UTC +04:00)

“Rusiya xarici kəşfiyyatı sovet mirasından imtina edib”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, ölkənin xarici kəşfiyyatı Rusiya Federasiyasının terrorizmlə mübarizə, regional sabitliyin möhkəmləndirilməsi və ölkənin suverenliyinin kənar müdaxilələrdən qorunması kimi strateji maraqlarını həyata keçirir və daha bir əsas düşmənlə mübarizə aparmır.

““Əsas düşmən" anlayışı dünyanın ikiqütblü sistemi dövründə formalaşıb. Rusiya kəşfiyyatı bir qədər sadələşdirilmiş, lakin bir vaxtlar faydalı olan tərifdən, SSRİ-nin dağılmasından sonra, Rusiyanın təhlükəsizliyinə yeni təhdidlərin və çağırışların yaranmasından sonra imtina edib. Bu cür təhdidlərə təkcə beynəlxalq terrorizm deyil, həm də regional münaqişələr və təbii ki, kollektiv Qərbin Rusiyanın və bizim dost ölkələrin daxili sabitliyini pozmağa yönəlmiş davamlı cəhdləri daxildir. Daha geniş mənada kəşfiyyat öz fəaliyyətində Rusiya dövlətinin strateji maraqlarını həyata keçirməyə yönəlib və Rusiya Prezidentinin göstərişlərini rəhbər tutur”, - deyə Rusiya xarici kəşfiyyatının rəhbəri vurğulayıb.

S. Narışkinin sözlərinə görə, təhdidlərin təhlükə dərəcəsindən asılı olaraq, Rusiya kəşfiyyatı öz işinin prioritetlərini formalaşdırır, digər məsələlərlə yanaşı, bu gün kimin düşmən olduğunu və onun düşmənçilik istəklərini necə zərərsizləşdirəcəyini müəyyənləşdirir: “İndiki çətin və ziddiyyətli dövrdə "qlobal şərlə" mübarizədə bir çox cəbhələr var - terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya və s. Bu mübarizədə biz xarici tərəfdaşlarımızla qarşılıqlı əlaqədə oluruq. Təbii ki, əməkdaşlığın səviyyəsi Rusiyanın bu və ya digər dövlətlə münasibətlərinin məqsədəuyğunluğundan, coğrafiyasından və ümumi kontekstindən asılı olaraq çox dəyişir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR