Yevlaxda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Səmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 33 m2 olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.