Uşaq Bərpa Müalicə Mərkəzində uşaqların daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyi açıqlanıb

Uşaq Bərpa Müalicə Mərkəzində uşaqların daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyi açıqlanıb
# 01 sentyabr 2016 09:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzi (UBMM) 2014-ci ildən ölkə başçısının sərəncamı ilə əsaslı təmir olunduqdan sonra iş fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mərkəzdə bərpa müalicəsinə ehtiyaci olan 18 yaşına kimi uşaqlar çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Xəstələr mərkəzə sahə poliklinikaları tərəfindən göndərilirlər.

UBMM-də müalicə alan uşaqların 40%-i sinir sistemi xəstəliklərindən, 30%-i dayaq hərəkət sistemi xəstəliklərindən, 20%-i yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10%-i müxtəlif xəstəliklərdən əziyyət çəkir. 2015-ci mərkəzə (ilk dəfə müraciət etmiş) 98 xəstə daxil olub, 2016-cı ilin ilk 6 ayı ərzində bu göstərici 88 xəstə təşkil edib. UBMM-ə daxil olmuş xəstələr mərkəzdə qeydiyyata götürülür və hər iki aydan bir müalicə kursu keçirlər. 2015-ci ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gəlişlərin (ilk və növbəti gəliş) sayı 19661 təşkil edirdisə, 2016-cı ilin 6 ayı ərzində bu rəqəm 20612-yə çatıb.

Səhiyyə Nazirliyinin 2014 – 2020-ci illər üzrə Strateji Planına əsasən, uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində UBMM–nə müraciət edən 1 yaşına qədər olan uşaqların sayının əvvəlki ilə nisbətdə 40% artması müşahidə olunur.

Uşaq Bərpa Müalicə Mərkəzində uşaqlar xüsusi prinsiplərlə müalicə kursu keçirlər. Bu reablitasiya kursu müalicənin mümkün tez başlanılmasına, hər bir xəstəyə fərdi yanaşmaya və çox mərhələli, uzun müddətli bərpa-müalicəsinin təşkil edilməsinə əsaslanır. Mərkəzə gələn hər bir xəstə, yaşını, xəstəliyin ağırlıq dərəcəsini, yanaşı olan xəstəlikləri nəzərə alaraq fərdi reablitasiya kursu keçir. Mərkəzdə xəstələr il ərzində 3-6 mərhələ də bərpa müalicə kursu keçirlər. Burada valideynlərlə də iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR