Türkiyənin qaz idxalının 15%-i Azərbaycanın payına düşür

Türkiyənin qaz idxalının 15%-i Azərbaycanın payına düşür
# 27 oktyabr 2016 09:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyə cari ilin avqust ayında 3,627 mlrd. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 3,1% azdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun açıqladığı hesabatda deyilir.

Sənəddə qeyd edilib ki, idxalın 3,149 mlrd. kubmetri boru xətləri ilə, 477 mln. kubmetri isə LNG vasitəsilə həyata keçirilib.

Türkiyəyə ən çox qaz ixrac edən Rusiyadır. Şimal qonşumuz avqustda Türkiyəyə 1,988 mlrd. kubmetr qaz ixrac edib. İkinci yerdə 632 mln. kubmetrlik göstərici İran qərarlaşdığı halda, Türkiyəyə 529 mln. kubmetr qaz nəql edən Azərbaycan üçüncü yerdədir. Beləliklə, Türkiyənin qaz idxalının 14,58%-i Azərbaycanın payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR