Tarixi Muzeyinin kolleksiyasına yeni etnoqrafik material daxil olub

Tarixi Muzeyinin kolleksiyasına yeni etnoqrafik material daxil olub
# 20 yanvar 2016 13:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni etnoqrafik material daxil olub. Muzeydən APA-ya verilən məlumata görə, yeni material Azərbaycanın tanınmış zadəgan nəsillərindən olmuş Şəkixanovlar nəslinə aid örtükdür. Örtük XIX əsrdə təkəlduz tikmə üsulu ilə hazırlanıb.

Dəyirmi formalı qırmızı rəngli mahud parça üzərində “Şiri-xurşid” təsviri verilib, ətrafları nəbati naxışlarla bəzədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR