Rusiya baş nazirinin müavini: “Azərbaycanla münasibətlərimiz ən yüksək səviyyədədir”

Rusiya baş nazirinin müavini: “Azərbaycanla münasibətlərimiz ən yüksək səviyyədədir”
# 29 sentyabr 2016 11:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Bu gün Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir".

APA-nın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib.

O bildirib ki, bunu nəinki ölkə prezidentləri arasındakı əlaqələr, həmçinin 90-dan çox parlamentlərarası razılaşmaların imzalanması sübut edir: "Bu sənədlər mədəniyyət, təhsil və səhiyyə sahələrinə aiddir. Azərbaycan tarixi və coğrafi nöqteyi-nəzərdən regionun ən əhəmiyyətli ölkələrindən biridir. Bu ölkənin dinamik inkişafı böyük hörmət və sevincə layiqdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR