Rusiya və ABŞ Suriyada atəşkəslə bağlı BMT-yə qətnamə layihəsi təqdim edib

Rusiya və ABŞ Suriyada atəşkəslə bağlı BMT-yə qətnamə layihəsi təqdim edib
# 26 fevral 2016 10:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya və ABŞ Suriyada atəşkəs rejimi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu TŞ-nin sədri, Venesuelanın BMT yanında daimi nümayəndəsi Rafael Ramires deyib.

Sənədə əsasən atəşkəs Dəməşq vaxtı ilə 27 fevral saat 00:00-da qüvvəyə minməlidir. Qətnamənin qəbulu zamanı sənədə Moskva və Vaşinqtonun atəşkəs rejiminin elan olunması ilə bağlı 22 fevral tarixli bəyanatı da əlavə ediləcək.

Sənəddə bütün ölkələr, xüsusilə Suriyaya beynəlxalq dəstək qrupuna üzv ölkələr atəşkəs rejiminin dəstəklənməsi məqsədilə münaqişə tərəfləri üzərində öz nüfuzlarından istifadə etməyə çağırılır.

Səsvermənin Nyu-York vaxtı ilə bu gün saat 15:00-da keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR