Ermənistanda parlament seçkilərində kütləvi pozuntu halları müşahidə olunur

Ermənistanda parlament seçkilərində kütləvi pozuntu halları müşahidə olunur
# 02 aprel 2017 14:51 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 15.00-a qədər Ermənistanda keçirilən parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan Baş Prokurorluğuna 970 məlumat daxil olub.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Xüsusi işlər üzrə idarəsinin rəis müavini Sevak Ovannisyan həmin məlumatlardan 131-də cinayət əməli aşkarlandığını bildirib.

 

Həmin məsələlər araşdırılması üçün İstintaq Komitəsinin regional bölmələrinə və Ermənistan Polisinə göndərilib. Bu məlumatlardan 48-i başqasının yerinə səs vermə, yaxud təkrar səsvermə, 26-ı gizli səsvermə, 9-u seçicinin müstəqil iradəsini ifadə etməyə maneə yaradılması, 15-i vəzifəli şəxslərin, müşahidəçilərin, komissiya üzvlərinin, KİV-lərin səlahiyyətlərini yerinə yetirməyə mane olma, 8-i seçicinin ələ alınması, 2-i seçki məntəqələrində qruplarla toplaşma, 23-ü seçicilərə təzyiq göstərilməsi ilə bağlı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR