Avrokuboklarda iki aylıq fasilə başa çatır

Avrokuboklarda iki aylıq fasilə başa çatır
# 16 fevral 2016 04:24 (UTC +04:00)

Bakı-APA. Bu gün Avrokuboklarda iki aylıq fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, iki qarşılaşma ilə Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start veriləcək.

Parisdə keçiriləcək günün mərkəzi görüşündə PSJ “Çelsi”ni qəbul edəcək. Fransa birinciliyində çempionluğu böyük ölçüdə təmin edən Paris təmsilçisindən fərqli olaraq, londonlular bütün diqqətlərini məhz ÇL-ə yönəldiblər. Çünki Premyer Liqada uğursuz mövsüm keçirən “Çelsi”nin ilk “dördlüy”ə düşməsi real görünmür. Günün digər matçında “Zenit” “Benfika”nın qonağı olacaq. Portuqaliyadan fərqli, Rusiyada ikinci dövrə start götürmədiyindən, bu, Sankt-Peterburq klubunun 2016-cı ildəki ilk rəsmi görüşü olacaq.

Bu gün UEFA Avropa Liqasında fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, turnirin 1/16 final mərhələsinə İstanbuda start veriləcək. “Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq. Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri iki ölkə arasındakı siyasi gərginlikdi.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

16 fevral

23:45. PSJ (Fransa) – “Çelsi” (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalyo

23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya)

Baş hakim: Canluka Rokki

Avropa Liqası

1/16 final, ilk oyun

16 fevral

21:00. “Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya)

Baş hakim: Martin Stromberqsson

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR