Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində Londonda məsləhətləşmələr aparacaqlar.
APA-nın məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "twitter" səhifəsində yazıb. "Britaniya Xarici Əlaqələr Ofisi ilə məsləhətləşmələr aparmaq üçün Londona yola düşmüşük" - deyə, o bildirib.