Paşinyan oktyabrın 12-də Putinlə görüşəcək

Nikol Paşinyan, Ermınistan Baş naziri

© APA | Nikol Paşinyan, Ermınistan Baş naziri

# 10 oktyabr 2021 15:54 (UTC +04:00)

Oktyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
APA-nın xəbərinə görə, bu barədə "Moskva. Kreml. Putin" proqramında bildirilib.
Xatırladaq ki, V. Putin və N. Paşinyan bundan əvvəl bu il iyulun 7-də Ermənistanda parlament seçkilərindən sonra görüşüb.
Qeyd edək ki, bu gün Ermənistan müdafiə naziri Arşak Karapetyan da Moskvaya səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR